|
|
|
|
Dünən Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Koreyanın Azərbaycana yeni təyin olunan səfiri Ço Suk-İnnlə görüşüb.
525.az-ın məlumatına görə, görüş zamanı S.Seydov səfiri yeni diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. S. Seyidov iki ölkə, həmçinin rəhbəri olduğu universitet arasındakı münasibətlərin tarixi köklərə malik olduğunun bildirib. O, Koreyanın Azərbaycandakı səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini və birgə tədbirlərin həyata keçirildiyini vurğuladı. Koreya ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini deyən S. Seyidov universitetdə 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını qonağın nəzərinə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında 14 əcnəbi dilin, o cümlədən yəhudi, ərəb, yapon, Çin, malay dillərinin də tədris olunduğunu qeyd edib.
Səfiri Ço Suk-İnn diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi və tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi də aparılıb.
S.QARAYEVA