Baş nazir Artur Rəsizadə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi ilə bağlı qərar verib.
Lent.az-ın məlumatına görə, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na "Respublika Talasemiya Mərkəzi sümük iliyi" bəndini əlavə edib.
Qeyd edək ki, Azərbaycandakı bir sıra xəstəxanalarda orqan və ya toxuma transplantasiyası həyata keçirilir.