Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.
Nazirlikdən o da bildirilib ki, səfər çərçivəsində E. Məmmədyarovun xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.