|
|
|
|
Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı kafedrası müəllimlərinin "Şur dəstgahı" yaradıcılıq - ifa işi təqdim olunub.
Muğam dəstgahı Əməkdar artist, ADMİU-nun dosenti Vamiq Məmmədəliyev, Əməkdar artist, dosent Mirnazim Əsədullayev və Muğam sənəti kafedrasının müəllimləri, tanınmış xanəndələr Xalq artisti Canəli Əkbərov, Mələkxanım Əyyubova, əməkdar artist Gülyanaq Məmmədova, Nuriyyə Hüseynova, Teyyub Aslanovun tələbələri və Universitetin Xalq çalğı alətləri ansamblı tərəfindən səsləndirilib.
Tədbirdə Universitetin müəllim-tələbə heyəti, tanınmış sənət adamları iştirak ediblər.