Dekabrın 11-də QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirilib.
“Media forum” saytının məlumatına görə, iclasda 2015-ci ilin I maliyyə müsabiqəsi müzakirə olunub.
Qeyd edilib ki, yeniliklərə əsasən, 7 müxtəlif istiqamət üzrə bir sıra yeni mövzu müəyyən edilib, QHT-lərin müsabiqədə iştirakı ilə bağlı verilən tələblər yüngülləşdirilib, texniki şərtlər asanlaşdırılıb.
Təqdim olunan layihələrin müddəti 3 aydan 12 ayadək, qrantın məbləği isə 3 min manatdan 30 min manatadək ola bilər.
Müsabiqə üzrə ərizələrin qəbulu dekabrın 11-də başlayıb. Qaliblər 2015-ci il martın 2-dən sonra elan olunacaq.