|
|
|
|
Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə mühafizə sisteminin qurulması ilə bağlı iş aparılır.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Azərbaycanda bəzi məscidlərin xüsusi mühafizə sisteminin olduğunu deyən M. Qurbanlı amma bunun bütün məscidlərdə olmadığını açıqlayıb:
“Ona görə də hesab edirik ki, məscidlərdə mühafizə sisteminin qurulması zəruridir. Biz bu istiqamətdə işlər görürük”.