Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomu satmaq istəməsi müəyyən edilib. V.Nuriyev saxta diplomu şərti alıcıya 7000 ABŞ dollarına satarkən saxlanılıb.