Britaniyanın paytaxtı Londonda keçirilən hərracda “Brent” markalı neftin barreli 1,19 dollar bahalaşaraq 60,46 dollarda qərarlaşıb.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nyu-York əmtəə birjasında da qiymətlərin qalxdığı müşahidə olunur. WTI markalı Texas neftinin barreli 1,30 dollar artaraq 56,12 dollara satılıb.