"Vesti.az" saytının baş redaktoru Araz Zeynalov anasını itirib.
Lent.az-ın xəbərinə görə, A. Zeynalovun anası, tanınmış jurnalist Məryəm Həsənzadə 83 yaşında dünyasını dəyişib. O, ağır xəstəlikdən əziyyət çəkirdi.
Mərhumənin yas mərasimi dekabrın 25-də, Yasamal rayonu, Hüseyn Cavid prospekti 22-ci məhəllə ev Q-də keçiriləcək.