Bakıya gətirilən bənövşəyi avtobuslar bu gündən xəttə buraxılıb.
Lent.az-ın məlumatına görə, “İsuzu” avtobusları Yaponiyada istehsal edilib.
Yeni avtobuslar bənövşəyi rəngi ilə seçilir və bəzi üstün cəhətləri var. Müasir standartlara cavab verən yeni avtobuslar 5 il müddətinə lizinqlə alınıb.
Qeyd edək ki, bir avtobusun qiyməti 150 min avro təşkil edir.