Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Atatürk prospekti (Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişmədən Məmməd Araz küçəsi ilə kəsişməyə qədər) və Moskva prospektində ("Alov" zavodunun qarşısı) aparılan təmir işləri yekunlaşıb.
Buna görə də həmin prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.