|
|
|
|
Sumqayıt şəhərində yerləşən DTV regional televiziya kanalının ofisində yanğın baş verib.
Milli.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Niyazi küçəsi 47-ci məhəllədə baş verib. Şirkətin ərazisində yerləşən gücü 0,4 kVt olan transformatorun çıxış kabelləri 2 p.m yanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsi nəticəsində transformator yanğından mühafizə olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınaraq söndürülüb.