Bakıda və Abşeron yarımadasında yanvarın 9-da gecə və səhər saatlarında qar yağacaq. Gündüz tədricən kəsiləcək.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Şimal-qərb küləyi günün birinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
Rayonlarda da fasilələrlə yağış yağacaq. Gecə bəzi yerlərdə intensiv olacaq. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Aranda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.