Fransanın “Tribune de Lyon” qəzeti Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfəri zamanı baş verən insidentlə bağlı məqalə dərc edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “France 3” telekanalına müsahibəsi zamanı jurnalist Olivye Mişelin sualı Sarkisyanın xoşuna gəlməyib.
“Mən ondan ölkədəki korrupsiya və Ermənistanın Suriyadakı rejimə dəstəyi barədə soruşdum”, - deyə jurnalist yazır. Bu sual müsahibədən sonra gərgin atmosfer yaradıb: “Tərcüməçi mənə yaxınlaşdı və nazirlərdən biri məni barmağı ilə hədələdi”.
Sonda qəzet kinayə ilə yazır ki, O.Mişel növbəti məzuniyyətini Ermənistanda keçirməsə, yaxşı olar.