Noyabrın 26-da Bakı şəhərinin Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Günəşli Yaşayış qəsəbəsi, V yaşayış massivində Süleyman adlı şəxs 9 saylı binanın altında yerləşən qarışıq mallar mağazasına gəlib. O, mağazada satıcı işləyən birinci qrup əlil Yusifov Rasim Əli oğlunu vuraraq yıxıb. Daha sonra isə mağazanın kassasında olan 150 manat pulu və 3 qutu siqareti götürərək qaçıb.
Hazırda əlilə qarşı quldurluq əməli törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.