Lent.az-ın məlumatına görə, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib ki, bu gün saat 11:00-dan etibarən, Beton yolda (Gəncə prospektindən Hövsan dairəsinə kimi) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Buna səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.