Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri dekabr ayında baş tutacaq.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Kommersant" qəzetinin Kremldəki mənbələrə istinadən verdiyi xəbərə görə, Putin son iki ayda təxirə saldığı xarici səfərlərinin çoxunu dekabrda reallaşdıracaq.
Putin dekabrın 1-də "Böyük Səkkizlik" sədrliyinin Rusiyaya keçməsi ilə əlaqədar video müraciət edəcək. Dekabrın 3-də isə Putin Türkiyəyə səfər edəcək. Türkiyə səfəri oktyabr ayına planlaşdırılmış, ancaq təxirə salınmışdı. Rusiya prezidenti İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Güllə görüşəcək.
Dekabrın 5-də Putin Müstəqil Dövlətlər Birliyi sammitində iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada gedəcək. Daha sonra prezident dekabrın 21-də Brüsseldə Avropa Birliyi liderlər sammitində iştirak edəcək. Dekabrın 24-də isə Putinin Hindistan səfəri baş tutacaq.
Rusiya prezidenti dekabrın 20-də də böyük mətbuat konfransı keçirməyi planlaşdırır.