|
|
|
|
Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 5-də davam etdiriləcək.
Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanla bağlı məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.
Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub.
Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.