ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle, əlaqələndirici Piter Ki və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçiriblər.