Nailə Süleymanovanın tərtib etdiyi “İlahiyyata dair əlyazmalar kataloqu”nun (ərəb, fars və türk dilli əsərlər) birinci cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundan AzərTAc-a bildiriblər ki, bu cilddə qiraət və təcvid mövzusunda əlyazmaların elmi poliqrafik təsvirləri verilib.
Yeni nəşrin elmi redaktorları, filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir.