Ermənistan parlamentinin keçmiş deputatı Akop Akopyan saxlanılıb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, A. Akopyan müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Ermənistan Maliyyə Nazirliyi keçmiş deputatın aparılan cinayət işi çərçivəsində saxlanıldığını açıqlayıb. İstintaq davam edir.