2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktlarından sonra dünyada terrorizmə qarşı münasibət dəyişdi deyənlər yanlışlığa yol verdi. Bu gün demokratiyadan, insan hüquqlarından ağızdolusu danışan Avropanın mərkəzində ermənilərə məxsus terror təşkilatları fəaliyyət göstərirsə, onda hansı antiterrordan danışmaq olar? Digər tərəfdən dünyanın bu siyasətini terrorizmə qarşı ikili münasibətin təzahürü kimi qiymətləndirmək olar. Azərbaycan zabiti Ramil Səfərovun əfv edilməsindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı təhdid edən bəyanatlar verməsi və bunun ardınca erməni terror təşkilatı olan ASALA-nın Azərbaycan diplomatlarını terrorla hədələməsi məsələsinə ciddi yanaşmaq lazımdır. Düşünmək olmaz ki, müəyyən bir dövr ermənilər atdanıb-düşəcəklər, sonra məsələlər yaddan çıxacaq. Son iki yüzillik tarixə, ermənilərin terror şəbəkəsində çalışmalarına diqqət yetirəndə görürük, onlar heç zaman çirkin niyyətlərindən əl çəkib adam kimi qonşuluq etmək fikrində deyillər.
Dövlət siyasətini terror üzərində quran Ermənistan bu gün tək region dövlətləri üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir. Cəzasızlıq erməniləri yeni terror aktlarına əl atmağa ruhlandırır. Ümumiyyətlə, ermənilərin bir çox terror təşkilatlarının, o cümlədən ASALA-nın türk xalqlarına, bir sözlə insanlığa qarşı nifrəti hər zaman açıq-aydın hiss olunur. ASALA təşkilatının üzvü Alek Yeniqomşyanın bir fikri də diqqəti cəlb edir. O, bildirib ki, “Proqnozlara görə, 2050-ci ildə Türkiyənin əhalisi 100 milyona çatacaq, İran əhalisinin isə 40 milyonunu Ermənistanın cənub sərhədlərində yaşayan Azərbaycan türkləri təşkil edəcək. Bu müddət ərzində Azərbaycan əhalisinin artacağı da dəqiqdir. Beləliklə, bir neçə milyon əhalisi olan Ermənistan sayı yüz milyonlarla ölçülən düşmən ölkə və xalqların yaratdığı təhlükəyə tab gətirə bilməyəcək”. Görünür normal, sivil qonşuluq ənənələrindən uzaq düşən ermənilərin əsas siyasəti nifrət, qisasçılıq, terror üzərində qurulub. ASALA təşkilatı ilə bağlı son dövrlər yayılan məlumatlara, terror təhdidlərininə ciddi yanaşmaq lazımdır.
2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktlarından sonra ermənilərin terror təşkilatları öz taktikalarını dəyişmişdilər. Bu da erməni hiyləgərliyi idi. Əgər belə demək mümkünsə onlar müəyyən formada olsa da daha çox gizli fəaliyyətə üstünlük verirdilər. Artıq son dövrlər ermənilərin bu terror şəbəkəsində canlanma xeyli artıb. ASALA-nın Azərbaycan diplomatlarını terrorla hədələməsi məsələsi erməni terrorizminin dünyada xeyli fəallaşdığından xəbər verir. Düşmən hədələrinə adekvat cavab verməyin məqamı çoxdan çatıb. T
əbii ki, dünyada və Ermənistanda mövcud olan terror təşkilatlarını tamamilə məhv etmək, sıradan çıxarmaq mümkün deyil. Lakin biz peşəkar səviyyədə informasiya müharibəsini davam etdirməliyik. Kampaniyaçılıqdan, unutqanlıqdan qurtulmalıyıq. Xocalı soyqırımı haqqında yalnız fevralın 26-da deyil, Şuşanın işğalı barəsində yalnız mayın 8-də deyil, hər zaman danışmalıyıq, dünyanın başa düşüb qəbul edəcəyi dildə hər kəsi məlumatlandırmalıyıq. Yalnız müəyyən dövr üçün deyil, hər zaman erməni məsələsini araşdıran və ümumilikdə, ermənişünaslıqla məşğul olan beyin mərkəzlərinin formalaşdırılmasına ehtiyac var. Bu sahədə ixtisaslaşmış QHT-lər, tədqiqatla məşğul olan jurnalistlər ermənilərə məxsus terror təşkilatlarının maliyyə qaynaqlarını araşdırması istiqamətində müəyyən işlər görə bilər.Təbii ki, bunu qrant layihələri çərçivəsində də etmək mümkündür. İnformasiya müharibəsində bütün bu təbliğatı gücləndirməklə bərabər, nəhayət, Qarabağda Azərbaycan qanunlarını tanımayan silahlı ermənilərə qarşı antiterror əməliyyatlarının başlanması zəruridir.
2001-ci ilin 11 sentyabrından sonra yaradılan antiterror koalisiyasının əsas hədəfi terrorçu təşkilatları və terrorizmi məhv etmək olub. Azərbaycanın da həmin antiterror koalisiyasında fəal iştirak edən ölkə kimi özünə qarşı bu təhdidlərə zamanında cavab verməyə haqqı var. Axı necə ola bilər Rusiya Çeçenistanda antiterror əməliyyatı apara bilir, ABŞ başda olmaqla NATO qüvvələri Əfqanıstanda və digər ərazilərdə antiterror əməliyyatı apara bilir, Azərbaycan isə müasir dünyanın gözü qabağında bu qədər terrordan əziyyət çəkdiyi halda antiterror əməliyyatı aparmasın? Beynəlxalq sənədlərə, konvensiyalara görə, hər bir dövlətin hüquq bərabərliyi var. Dinindən, milliyyətindən, yaşadığı regiondan asılı olmayaraq cinayətkar cəzasın almalıdır. Məhz cəzasızlığa, özünə hər zaman himayədar tapdığına görə Ermənistan rəhbərliyi terrorizmə bu qədər dəstək verir.
Deməli, Qarabağ münaqişəsinin ədalətli həlli və əsl həqiqətin dünya tərəfindən qəbul edilməsi üçün yol çoxdur. Bunlardan ikisi isə zəruridir: uğurlu informasiya müharibəsi+uğurlu antiterror əməliyyatları.