|
|
|
|
Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında görüş keçirilib.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
Mətbuat xidmətinin rəhbəri Andrey Jiqulin görüşün qapalı və “tet-a-tet” şəraitdə keçirildiyini bildirib.
“Protokol üzrə geniş tərkibli görüş nəzərdə tutulub. Lakin görüşün nəticələrinə dair heç bir bəyanat nəzərdə tutulmayıb”, deyə Ukrayna dövlət başçısının mətbuat xidmətinin rəhbəri qeyd edib.