“525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
"Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
Şəhidlər-qazilər
"525" - 30
Ədəbi köşk: Nə var, nə yox?
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
24 Aprel 2024
23:20
Yaponiyada hava limanına eniş edən təyyarədə nasazlıq baş verib
22:53
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir
22:42
ABŞ nüvə sınaqlarını bərpa etməkdən imtina edir
22:27
Avstraliyada kilsəyə hücumla bağlı 7 nəfər saxlanılıb
22:14
ABŞ-də məktəblərdə işçilərin silahlanmasına icazə verilib
22:00
“525-ci qəzet”in 25 aprel sayında nələr var? -
ANONS
21:30
Prezident ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda iştirak edib
21:22
Konqoda "mpox" epidemiyası
21:13
Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar
21:06
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:00
ABŞ siyasətində ikili standartlar yoxdur -
Blinken
20:55
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib -
YENİLƏNİB 1
20:52
Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb
20:40
İtaliyadan "Amazon"a 10 milyon avro cərimə
20:37
Qırğızıstan və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində maraqlıyıq
20:23
"Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək" -
Prezident
20:20
Azərbaycan və Qırğızıstan prezidentləri Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər -
YENİLƏNİB 1
20:18
Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib
20:13
ABŞ Senatı "TikTok"u qadağan edən qanun layihəsini təsdiqlədi
20:02
Bartın Universitetinin müəllimi ADPU-da olub
20:00
Ukrayna: Rusiya Kiyev və 3 bölgəyə hücum edib
19:51
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:40
Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib
19:37
Avropa Parlamenti Aİ-nin yeni maliyyə qaydalarını
təsdiqlədi
19:30
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
19:23
Krım körpüsü bağlanıb
19:13
Peruda ilk dəfə evtanaziya icra edilib
19:00
Birinci siniflərə şagird qəbulu:
prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
18:47
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
18:41
Fransa təyyarəsi Bakıya təcili eniş etdi
18:39
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -
YENİLƏNİB -1
18:26
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:24
Serb üzv COP29-da iştiraka dəvət edilib
18:05
”Sənətdə qırmızı”
18:00
Aktrisanın şirin-acı həyat hekayəti -
Telman Orucov yazır
17:47
30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar
17:19
İrana qarşı yeni sanksiyalar təklif edilir
17:07
Sabiq baş pediatrın ölümü ilə bağlı cinayət işi başlanılıb -
YENİLƏNİB
17:00
Ukrayna lehinə mühüm qərar -
Xaqani Cəfərli yazır
16:54
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub
16:45
Çin Almaniyanın casusluq ittihamlarına cavab verib
16:37
Əfv Komissiyasının növbəti iclası keçirilib
16:36
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
16:28
Azərbaycan mal və xidmətlərin ixracına görə Özbəkistanın TOP 20 tərəfdaş ölkəsi siyahısına daxil olub
16:24
Şimali Koreya Yapon dənizinə ballistik raket buraxdı
16:21
Kapitan 15 il sonra komandadan ayrılır
16:14
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb
16:10
Bu məktəblərdə birinci sinfə qəbul müsahibə vasitəsilə aparılacaq
16:08
NATO-nun təlimi zamanı bir ispan əsgər ölüb
16:06
Şirkətlər Liqasında növbəti tur başa çatdı
16:00
"Əliağa Vahidin portreti" -
"Bir rəsmin dedikləri"
15:56
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
15:42
DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb
15:32
Avropa Komissiyası Kiyevə 1,5 milyard avro məbləğində yardımın növbəti tranşını köçürüb
15:28
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir
15:19
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib
15:15
III Regional xor müsabiqəsinə start verilib
15:12
"Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir" -
15:08
İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
15:00
Sabirin təyyarəyə mindirmək istədiyi adamlar -
Rafael Hüseynov yazır
14:52
Azərbaycan Qırğızıstanla energetika əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıb
14:47
"Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur" -
İlham Əliyev
14:42
"Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb" -
Prezident
14:32
Ağalı milli prioritetlərin və “Böyük Qayıdış” proqramının həyata keçirilməsinə nümunədir
14:27
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub
14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb -
YENİLƏNİB
14:16
"Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir" -
Azərbaycan Prezidenti
14:05
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:00
42 illik ömrün ictimai uğurları və şəxsi faciələri -
Misir Mərdanov yazır
13:58
"Azərbaycanla Ermənistan bu gün sülhə heç vaxt olmadığı qədər yaxındırlar" -
Elçin Əmirbəyov
Son xəbərlərin davamı »
Xaos və Harmoniya. Postmodernizm və təsəvvüf
Yazar
Oxunub:
3219
dəfə
a
-
A
+
29.11.12 14:03
(
Əvvəli
ötən
sayımızda
)
Qloballaşma
yeni
sosial
özünütəşkil
tipi
kimi
bütün
planet
masştabında
yalnız
sosial
institutların
və
onların
fəaliyyətlərinin
inteqrasiyası
kimi
deyil
,
həm
də
bilik
,
ideal
davranış
normaları
,
mənəvi
dəyərlərin
birləşdirilməsi
kimi
səciyyələnir
.
O
,
sosial
həyatın
bütün
aparıcı
sahələrində
–
iqtisadi
,
siyasi
,
sosial
mədəni
sahələrdə
təzahür
edir
,
bütün
sosial
təbəqələri
cəlb
edir
.
Və
təsadüfi
fluktuasiyalar
xarakterinə
malikdir
,
xaotikdir
.
Sinergetika
terminləri
ilə
yanaşsaq
sosial
özünütəşkilin
son
hədd
nəticəsi
qlobal
attraktordur
.
Bütün
lokal
attraktorlar
ona
meyil
edir
.
O
bir
üfüq
kimidir
–
nə
qədər
mümkündürsə
yaxına
getmək
olar
,
ancaq
sonuncu
tarixi
müddətə
çatmaq
olmaz
.
Bu
attraktor
özünün
ən
ümumi
cizgilərini
göstərməyə
başlayıb
.
Bu
cizgilərdən
biri
Şərq
-
Qərb
təfəkkür
tiplərinin
,
mədəni
əlaqələrinin
inteqrasiyasını
nəzərdə
tutan
bir
ümumbəşəri
idrak
modelidir
.
XX
əsrdə
bu
istiqamətdə
əməli
addımlar
atılmışdır
.
Hətta
cəsarətlə
demək
olar
ki
,
sinergetikanın
tarix
səhnəsinə
çıxışı
,
bunun
nəticəsində
və
eyni
zamanda
postmodernizmin
yaranması
qədim
Şərq
fəlsəfəsinin
XX
əsrin
qlobal
elmi
-
idraki
,
ictimai
,
mədəni
problemlərinin
həllinə
apara
biləcək
müəyyən
istiqamətlərinin
sezilməsi
olmuşdur
.
Məhz
keçən
əsrin
ortalarından
başlayaraq
dinlərin
dirçəlişi
klassik
elmin
pozitivist
-
determinist
çərçivəsinin
elə
həmin
elmin
yaratdığı
inkişafı
özünə
sığdıra
bilməməsi
ilə
bağlıdır
.
Postmodernizm
qədim
ezoterik
bilgilərin
ruhun
daxili
,
dəruni
,
introspektiv
inkişafına
,
harmoniyaya
istiqamətlənmiş
metod
və
prinsiplərini
mənimsəyərək
onları
cəmiyyətin
zahiri
,
səthi
,
özü
-
özünü
təşkilində
hipertrofiya
həddinə
çatan
emosiyalarının
tənəzzülünə
–
xaosun
təsvirinə
yönəldib
.
Ezoterizm
,
xüsusilə
də
təsəvvüf
insanı
əbədi
səadətə
çatmaq
üçün
yaratmaq
,
qurmaq
, “
kamil
insan
”
səviyyəsinə
gətirib
çıxarmaq
istəyir
,
posmodernizm
isə
müasir
insanın
ozü
–
özünü
yenidən
yaratmaq
,
qurmaq
cəhdinin
mənasız
olduğunu
,
onun
hər
qurulmaq
istədiyi
anda
dağıldığını
, “
kamil
insan
”
deyil
, “
şizofrenik
”
tipinin
meydana
çıxdığını
iddia
edir
.
Təsəvvüf
ciddidir
və
bu
ciddiyyət
özünəyasaqlar
,
özünüməcburiyyətlərlə
müşayiət
olunur
.
Postmodernizm
qeyri
-
ciddidir
,
ciddi
olan
hər
şeyə
istehza
edir
,
həm
də
sonra
istehza
etməsinə
də
istehza
edir
.
Təsəvvüf
tutduğu
yolun
cənnətə
apardığını
vəd
edir
və
bunun
ən
yüksək
nöqtəsinin
Allahı
seyr
etmək
,
onun
ilahi
hüzurunda
olmaq
olduğunu
deyir
.
Postmodernizm
insan
münasibətlərinin
cəhənnəmini
– “
entropiya
”
nı
təsvir
edir
.
Hər
ikisi
esxatoloji
təlimdir
,
lakin
təsvir
etdikləri
Qiyamət
təsəvvürləri
fərqlidir
.
Təsəvvüf
Vəhdətə
can
atır
.
İnsanı
fəna
mərtəbəsində
Vəhdətə
qovuşdurur
,
onu
yenidən
dirildir
.
Postmodernizm
“
Allahı
öldürən
”
Nitşenin
ardınca
“
insan
öldürür
”
təsəvvüf
,
Allah
kəlamını
insan
mənəviyyatında
əridib
məna
yaradır
.
Postmodernizm
özündən
əvvəlki
modernizmin
çatdığı
absurd
qatında
mənanın
tamam
yox
oldugunu
iddia
edir
.
Özünəməxsus
ədəbi
,
fəlsəfi
inikas
olan
postmodernizmdə
əvvəlki
dövrlərin
üslub
və
mənaları
ilə
oynanılaraq
,
bütün
müəyyənliklər
,
strukturlar
,
institutlar
,
formalar
arasında
sərhədlər
silinərək
,
əvvəlki
Qərbi
Avropa
ənənəsinə
xas
olan
fövqəlməntiqilik
(
panloqizm
),
rasionalizm
,
obyektivizm
tarixiliyin
dərin
və
hərtərəfli
tənqidini
əsas
götürən
fəlsəfi
paradiqma
roluna
iddia
edir
.
Postmodernizm
haqqında
yazılan
bir
çox
fəlsəfi
,
ədəbi
yazılarda
çox
zaman
“
subyektin
itkisi
”, “
mənanın
yoxluğu
”
və
s
.
bu
qəbildən
olan
xüsusiyyətlər
şərh
edildikdə
,
onun
“
oyun
”
səciyyəsi
nəzərdən
qaçırılır
və
yuxarıda
qeyd
olunanlar
, “
subyektsizlik
”, “
mənasızlıq
”
və
nəticədə
düşüncə
səthiliyi
anlamında
.
Unutmaq
olmaz
ki
,
insan
təfəkkürünün
inkişafına
bir
macəraçı
dinamizm
,
mütəhərriklik
gətirən
bu
ədəbi
-
fəlsəfi
cərəyan
özünün
oyun
manerasını
həm
də
özünə
şamil
edir
.
Eyni
zamanda
,
yuxarıda
qeyd
etdiyimiz
kimi
,
postqeyri
-
klassik
elmin
,
sinergetikanın
son
nəticələri
,
ədəbi
-
fəlsəfi
fikrin
inkişafına
şamil
edilir
.
Çox
zaman
ciddi
şəkildə
postmodernist
təfəkkürdən
(
fəlsəfədən
)
yox
,
postmodernist
refleksiyadan
bəhs
edilir
.
Onun
“
mənaya
inanmamağı
”
və
təfəkkür
prosesində
“
subyekti
itirməsi
”
fizikanın
gəlib
dirəndiyi
kvant
sahəsi
və
sinergetikanın
elmi
prinsip
kimi
qəbul
etdiyi
Xaos
anlayışı
ilə
əlaqəlidir
.
Əgər
ən
kiçik
elektron
hissəciklər
əslində
maddi
substansiyaya
malik
deyilsə
və
onlar
kvant
sahəsinin
,
boşluğun
,
heçliyin
“
proses
”
ləridir
və
bu
proseslər
qatılaşaraq
sahənin
müəyyənliklərində
“
enerji
qovşağı
”
şəklində
maddiləşmişdirsə
,
deməli
,
dünyaya
mətn
kimi
baxıldıqda
,
bu
mətnin
ən
kiçik
hissəcikləri
olan
mənalar
da
yalnız
müəyyən
qatda
mövcuddurlar
və
daha
aşağı
qatda
onlar
silinirlər
.
Mişel
Fuko
yazırdı
: “
Burjuaziya
ənənəsi
seyr
edərkən
özünü
tanımasın
deyə
absurd
kimi
baxmağa
meyilli
olduğu
tarixi
bir
dünya
ilə
qarşılaşan
Sartr
,
əksinə
,
göstərmək
istədi
ki
,
hər
yerdə
məna
var
”.
Fuko
özünün
yaradıcılığının
hansı
mərhələsində
“
mənaya
inanmadığı
”
nı
belə
səciyyələndirir
: “
Qırılma
nöqtəsi
–
bu
,
Levi
Strossun
cəmiyyət
üçün
,
Lakanın
isə
şüursuzluq
üçün
göstərdikləri
o
an
oldu
ki
,
həmin
anda
məna
özünəməxsus
səthi
effekt
,
işıq
əksi
,
köpükdür
və
o
şey
ki
,
dərin
şəkildə
bizə
nüfuz
edir
,
bizə
qədər
var
və
bizi
zaman
və
məkanda
tutub
saxlayır
–
bu
,
sistemdir
”.
Eşq
sərgəştəsiyəm
seyli
-
sirişk
içrə
yerim
,
Bir
hübabəm
ki
,
həvadən
doludur
pirəhənim
.-
adi
düşüncənin
məna
axtardığı
,
məna
kimi
gördüyü
insan
varlığının
məhz
“
dərin
şəkildə
bizə
nüfuz
edən
,
bizə
qədər
var
olan
və
bizi
zaman
və
məkanda
tutub
saxlayan
”
gerçək
,
əbədi
“
sistemin
”
üzərindəki
“
köynəyi
havadan
ibarət
olan
”-
yəni
hər
an
dağıla
bilən
,
müvəqqəti
bir
köpük
olduğunu
ifadə
edən
Füzuli
mistisizmi
postmodernist
paradiqmada
təsdiq
olunmurmu
?
M
.
Fuko
davam
edir
– “
Lakan
göstərdi
ki
,
xəstənin
diskursu
vasitəsilə
və
onun
nevrozunun
simptomları
vasitəsilə
məhz
strukturlar
danışır
,
dil
sisteminin
özü
danışır
–
subyekt
yox
...
Necə
ki
,
hər
bir
insan
mövcudluğuna
qədər
bizim
yenidən
kəşf
edəcəyimiz
hər
hansı
bir
bilik
,
hər
hansı
bir
sistem
olmuşdur
...”.
Bu
,
sistemi
nə
yaradır
sualına
isə
Fuko
belə
cavab
verir
: “
Bu
subyektsiz
anonim
sistem
nədir
,
siz
soruşursunuz
ki
,
düşünən
məhz
nədir
? ...
müasir
ədəbiyyata
baxın
–
hansısa
biz
“
vardır
”
ın
kəşf
edilməsi
baş
verir
.
Burada
hansısa
özünəməxsus
şəkildə
XVII
əsrin
nöqteyi
-
nəzərinə
qayıdış
baş
verir
,
yalnız
bir
fərqlə
:
Allahın
yerinə
insanı
deyil
,
anonim
fikri
,
subyektsiz
,
nəzəri
baxımdan
subyektivliyin
identifikasiya
olunmadığı
biliyi
qoyurlar
”.
“
Hər
bir
insan
mövcudluğuna
qədər
var
olan
bilik
”, “
subyektsiz
,
subyektivliyin
identifikasiya
olunmadığı
bilik
”-
Yer
yox
ikən
,
göy
yox
ikən
ta
əzəldən
var
idim
,
Gövhərin
yekdanəsindən
iləri
pərgar
idim
.
(
Xətai
)
–
kimi
onlarla
sufi
beytindən
,
islam
tarixində
mübahisəsi
daima
aparılan
Quranın
məxluq
olub
-
olmaması
,
onun
bir
Söz
,
bir
Bilik
olaraq
qədimliyi
,
hər
şeydən
öncə
var
olması
düşüncəsindən
mahiyyət
etibarilə
nə
ilə
fərqlənir
?
Öylə
sərməstəm
ki
,
idrak
etməzəm
dünya
nədir
,
Mən
kiməm
,
saqi
olan
kimdir
,
meyi
-
səhba
nədir
.
–
mətləsi
ilə
başlayan
Füzuli
qəzəlində
təsəvvüfün
sərməstlik
,
sərxoşluq
halının
yüksək
poetik
ifadəsində
subyektin
əriməsini
postmodernist
“
subyekt
itikisi
”
ilə
hansı
kontekstdə
,
hansı
“
diskurs
”
da
müqayisə
etmək
olar
?
Bu
dünya
həyatını
“
əyləncə
və
oyundan
ibarət
”
görən
,
insanların
malının
,
mülkünün
,
hətta
Allah
sevgisi
ilə
böyüdülməyən
övladlarının
onlar
üçün
birər
fitnə
olduqlarını
bildirən
Quran
ayələri
ilə
,
həyatın
,
sənətin
oyun
xarakterini
üzə
çıxaran
,
çox
zaman
isə
onunla
eyniləşdirən
,
bu
“
fitnə
”
nin
müasir
dövrün
“
sosiallığın
ölümü
”
ndə
,
dilin
fasiləsiz
,
istismarı
nəticəsində
öz
yerini
verdiyi
avtonom
siqnalların
-
simulyakrların
yaratdığı
“
şəffaf
”,
ədəbsizliyə
çatan
“
fövqəl
görünüşdə
”, “
reallıq
artıqlığında
”, “
hipereallıqda
”, “
paranoidal
subyektlər
”
dən
şizofrenik
subyektlərə
çevrildiyini
iddia
edən
postmodernizmin
arasında
“
bu
dünya
həyat
”
ı
ilə
bağlı
təsvirlərdə
zaman
və
ciddiyətdən
başqa
daha
hansı
köklü
fərqləri
görmək
olar
?
Özü
də
bu
münasibət
,
bu
təsvir
,
sadəcə
təsadüfi
,
səthi
baxişlar
deyil
;
biri
bu
dünyanın
yaradıcısının
onun
həqiqətinin
iqrarının
,
digəri
isə
cəmiyyət
həyatının
özünəqədərki
bütün
fəlsəfi
dərkinin
özünəməxsus
analizinin
,
dekonstruksiyasının
doğurduğu
,
təsəvvüfün
axtardığı
,
tapmaq
istədiyi
,
son
hədəfi
olan
,
postmodernizmin
isə
tamamilə
itirdiyi
və
heç
axtarmaq
istəmədiyi
mənanın
təzahürləri
kimi
meydana
çıxır
.
Sufinin
sərxoşluq
,
məcnunluq
, “
sakr
”
halı
ilə
,
postmodernist
şizoanalizinin
qəhrəmanı
arasında
nə
kimi
bağlılıqlar
mövcuddur
?
Sufinin
Məcnunu
ruhun
inkişaf
prosesində
incəldikcə
bu
“
uzun
,
incə
bir
yol
”
da
ağırlıq
edən
,
artıqlıq
edən
,
maneçilik
törədən
,
ağlı
kimi
bir
kənara
qoyan
eşq
dəlisi
,
ikincisi
isə
bədənə
bağlanmış
“
arzular
maşını
”
nın
gerçəkliklə
xəyalın
hibridi
olan
hiperreal
“
simulyasiya
”
dünyasında
can
atdığı
ekstremal
duyğuların
,
hipertrefik
ehtirasların
əsiri
olan
“
şizofrenik
”
yaradır
.
Bunlardan
biri
sufiyanə
,
digəri
isə
postmodernistcəsinə
dünyadan
qaçış
halı
deyilmi
?
Bu
qaçış
istəyi
insanın
daha
dərin
ontoloji
,
qneseoloji
və
s
.
qatlarında
eyni
bir
kökdən
qidalanmırmi
?
Kök
demişkən
postmodernizm
məhz
köksüzlüyün
,
daha
doğrusu
,
bir
ana
kökün
olmadığı
“
lifəbənzər
”
və
“
saçaqşəkilli
”,
qarışıq
kök
sisteminə
malik
olan
,
botanikadan
götürdüyü
“
rizoma
”
terminini
öz
bədii
təcrübəsinin
modeli
,
emblem
fiquru
kimi
mənimsəmişdir
.
Bu
cərəyanın
bir
çox
yaradıcıları
“
rizoma
”
metoforasını
təbii
,
sosial
,
elmi
-
məntiqi
və
mədəni
hadisələrin
dəqiq
sistemli
və
iyerarxik
şəkildə
nizamlanan
təşkilat
formaları
kimi
qəbul
edilən
struktur
anlayışına
zidd
olaraq
işlətmişlər
.
Postmodernizm
üçün
nümunə
sayılacaq
“
Qızılgülün
adı
”
romanının
müəllifi
Umberto
Eko
“
rizoma
”
nı
bu
cərəyanın
mentaliteti
üçün
səciyyəvi
olan
simvolik
labirint
proobrazı
kimi
xarakterizə
etmiş
və
romanın
yaradılmasında
məhz
“
rizoma
”
nı
rəhbər
götürdüyünü
qeyd
etmişdir
.
Azərbaycan
ədəbiyyatında
postmodernizm
yaradıcılarının
ilki
sayıla
biləcək
Kamal
Abdulla
əsərlərində
postmodernizmin
digər
elementlərindən
olduğu
kimi
,
rizomadan
da
məharətlə
istifadə
etmişdir
. “
Yarımçıq
əlyazma
”
da
Oğuz
elinə
xəyanət
edən
iki
casus
axtarışı
bir
fikir
labirintinə
,
hadisələrin
qarışdırılmasına
,
xaotik
bir
struktura
dönüşdurülür
və
oxucu
gərgin
bir
maraqla
bu
xaosun
nizama
çevriləcəyi
bufurkasiya
nöqtəsini
gözləyir
. (
Əlbəttə
,
bu
əsərdə
,
eləcə
də
K
.
Abdullanın
digər
əsərlərində
postmodernizmin
əksər
anlayış
və
prinsiplərindən
,
metodlarından
–
dekonstruksiya
,
intertekstuallıq
,
nonseleksiya
,
pastiş
,
müəllif
maskası
,
ikili
kod
və
s
.-
dən
məharətlə
istifadə
edilmişdir
.
Bu
barədə
ayrıca
bir
tədqiqat
işində
bəhs
edəcəyik
).
Maraqlıdır
ki
,
təsəvvüf
poeziyasının
modeli
,
emblem
fiquru
sayıla
biləcək
(
bu
fikir
müəllifə
məxsusdur
)
bədən
-
ruh
,
can
-
söz
ilişgilərini
parlaq
şəkildə
ifadə
edən
,
demək
olar
ki
,
bütün
böyük
sufi
şairlərinin
istifadə
etdiyi
sədəf
-
inci
,
mirvari
obrazı
da
öz
botanik
məzmununa
,
canlı
həyatda
yetişmə
üslubuna
və
müəyyən
xüsusiyyətlərinə
görə
rizoma
ilə
müqayisə
edilə
bilər
.
Sədəfin
içindəki
qarışıq
,
xaotik
bir
bulaşıq
maddə
yetişərək
,
zamanla
bişərək
parlaq
bir
mirvariyə
dönür
.
Nəticə
etibarilə
sədəf
-
inci
münasibətləri
ikili
,
binar
səciyyə
daşısa
da
,
incinin
yetişməsindəki
o
qarışıq
,
xaotik
proses
bu
gün
postqeyri
-
klassik
rasionallıq
idealları
ilə
səsləşən
postmodernizmin
birmənalılığı
,
birşəkilliliyi
inkar
edən
,
çoxluğu
,
çoxvariantlılığı
təsdiq
edən
baxış
perspektivinə
daxil
olur
.
Kamilləşmə
prosesində
sufi
,
təsəvvüf
terminləri
ilə
desək
süluka
(
yola
)
qədəm
qoyan
salik
(
bu
yolu
qət
edən
)
yüksəliş
və
ekstaz
vəziyyətinə
görə
iyerarxik
şəkildə
keçirdiyi
hallar
nəticəsində
hər
bir
məqamda
–
sinergetik
dildə
desək
,
bufurkasiya
nöqtəsində
–
nizama
,
qaydaya
düşür
,
lakin
yeni
nizam
yarandığı
andan
bir
qədər
sonra
yenidən
nisbətən
daha
dərin
xaosa
çevrilir
.
Sufinin
yaşadığı
bu
daxili
-
mənəvi
təcrübələri
,
kamilləşmə
hal
və
məqamları
da
müasir
kvant
fizikasının
problemləri
kimi
özünün
irrasional
xüsusiyyətləri
ilə
klassik
və
qeyri
-
klassik
elm
çərçivəsində
hər
hansı
bir
rasional
şərhə
sığmır
.
Lakin
düşünürük
ki
,
postqeyri
-
klassik
elmin
,
sinergetikanın
yeni
metodları
çərçivəsində
bu
problemi
,
irrasional
mahiyyətini
saxlamaqla
,
rasional
elmin
şərh
çərçivələrinə
salmaq
mümkündür
.
Postmodernizm
üçün
,
təsəvvüfdə
olduğu
kimi
,
hər
hansı
bir
prioritetlər
sistemi
yoxdur
.
Həmçinin
,
ona
görə
dünyanın
nizama
salınmış
modelinin
qeyri
-
mümkünlüyü
və
qaydasızlığı
səciyyəvidir
.
Onun
“
fatal
strategiya
”
sına
görə
hazırkı
dünya
“
orgiyadan
sonrakı
”
vəziyyətdədir
–
bütün
fərdi
və
ictimai
güclər
azad
olunmuş
,
utopiyalar
reallaşmışdır
.
Bütün
azad
olunanlar
,
ideallar
,
dəyərlər
,
fantazmlar
yenidən
qaçılmaz
şəkildə
hissə
-
hissə
dağıntı
və
unutqanlıq
prosesində
yenidən
sonsuz
şəkildə
çoxalmağa
və
mutasiya
olunmağa
başlayır
. “
İdeya
və
dəyərlər
öz
həqiqi
mənalarını
itirir
,
lakin
onların
yenidən
istehsalı
davam
edir
və
daha
təkmil
səviyyədə
olur
.
Onlar
xərçəng
şişinin
metastazları
kimi
bütün
dünyada
sürünərək
hər
yerə
nüfuz
edir
və
bir
-
birlərini
sümürürlər
” (
Sovremennaə
zapadnaə
filosofiə
.
Minsk
, 2009,
səh
. 922).
Əgər
postmodernist
yazıçılar
dünyanın
hər
hansı
bir
modelinin
mövcudluğunu
mümkün
hesab
edirlərsə
,
o
da
yalnız
postmodernizmin
qəbul
edilmiş
liderlərindən
biri
olan
Tomas
Pinçonun
müasir
fizikanın
elmi
terminlərindən
birini
cəmiyyətin
durumuna
,
insanın
mənəvi
vəziyyətinə
şamil
etdiyi
maksimal
entropiyaya
,
bütün
tərtib
elementlərinin
bərabər
ehtimallılığına
və
bərabərdəyərliliyinə
əsaslanır
.
Entropiya
bir
fizika
termini
olaraq
,
termodinamikanın
ikinci
qanununa
əsasən
qapalı
sistemlərdə
temperaturun
düzləşməsinin
və
istilik
mübadiləsinin
kəsilməsini
,
statistik
şərhə
əsasən
sistemdə
nizamsızlıq
,
qaydasızlıq
ölçüsünü
,
informasiya
nəzəriyyəsində
isə
ötürülmə
zamanı
informasiyanın
təhrifini
bildirir
.
Beləliklə
,
entropiya
həm
Kainatın
istilik
ölümü
,
həm
də
kütləvi
mədəniyyətin
kölələşdirdiyi
intellektin
ölümünü
və
başqa
insanlarla
əlaqə
qurmağın
artıq
qeyri
-
mümkünlüyünü
ifadə
edir
.
Bu
proses
ölümü
,
dağıntını
,
məhvi
,
o
cümlədən
də
mədəniyyətin
məhvini
doğurur
.
Eyni
zamanda
,
elmi
-
texnoloji
sivilizasiyasının
qanunauyğun
nəticəsi
olduğu
üçün
entropiya
onunla
bir
mübarizə
vasitəsinə
çevrilir
.
Entropiya
anlayışının
belə
zidd
mənalarla
yüklənməsi
postmodernist
mətnin
birmənalı
oxunuş
ideyasına
qarşı
durması
ilə
bağlıdır
,
bu
da
əvvəlcədən
düzgün
şərhi
axtarıb
tapmağın
mümkün
olmayacağını
nümayiş
etdirir
.
T
.
Pinçon
əmin
idi
ki
,
entropiyaya
qarşı
durmaqla
insanın
dünya
haqqındakı
öz
təsəvvürlərini
nizama
salmaq
və
təşkilatlandırmaq
kimi
daimi
cəhdi
yalnız
kainata
düşmənçiliyin
dərkinə
çevrilir
.
Posmodernist
yazıçı
belə
bir
vəziyyətdə
insanın
yeganə
nicat
vasitəsini
gülüşdə
görür
.
Entropiya
ilə
mübarizə
faydasızdır
.
Bu
vəziyyətdə
yalnız
hər
şeyə
nüfuz
edən
istehzanın
köməyi
ilə
baş
verənlərin
xəstə
qavramından
kənarlaşmaq
olar
.
Pinçonun
özü
üçün
isə
entropiyanın
hakimiyyətindən
qaçış
üçün
bir
cığır
açmışdı
–
bədii
yaradıcılıq
.
Kinayə
və
yaradıcılıq
–
postmodernist
yazıçının
təqdim
etdiyi
və
edə
biləcəyi
çıxış
yolu
budur
.
Kinayənin
,
gülüşün
postmodernist
dünyagörüşündə
necə
mühüm
rol
oynadığını
yuxarıda
adını
çəkdiyimiz
Umberto
Ekonun
bəzi
tədqiqatçıların
postmodernizmin
Bibliyası
kimi
gördüyü
“
Qızılgülün
adı
”
əsərinin
sujet
xəttinin
Aristotelin
“
Poetika
”
əsərinin
itmiş
II
hissəsinin
–
komediyaya
,
gülüşə
həsr
olunmuş
hissəsinin
axtarılması
üzərində
qurulması
da
bariz
şəkildə
göstərir
...
“
Entropiya
”
nın
mistik
-
məcazi
anlamını
təsəvvüf
bədii
düşüncəsi
tərəfindən
“
cəhənnəm
”
kimi
alqılamaq
mümkündür
. “
Entropiya
”
hekayəsinin
yazıldığı
1960-
cı
ildən
bu
tərəfə
keçən
yarım
əsrlik
bir
dövr
ərzində
postmodernizmin
ideoloqlarının
,
texnomədəni
apostolların
özündə
də
artıq
bəşəriyyətin
Qiyamət
gününə
daxil
olduğu
və
bu
Qiyamətin
bizim
gözlərimizin
önündə
virtual
şəkildə
baş
verdiyi
və
bu
mənzərənin
bizim
“
xüsusi
kristallaşmış
ölümümüz
” (
Jan
Bodriyar
)
olduğu
kimi
fikirlər
artıq
heç
bir
təəccüb
doğurmadan
,
əksinə
,
təfəkkürün
meyl
etdiyi
,
sığınmaq
istədiyi
yeni
bədii
-
fəlsəfi
konsepsiyaların
mahiyyətini
təşkil
edir
.
O
isə
yüz
illərdir
təsəvvüf
poeziyası
özünün
bir
çox
dərin
hikmətləri
ifadə
edən
obrazlar
aləmində
,
cəhənnəmi
bir
-
birini
eşitmədən
,
dialoq
qurmadan
,
ortadoksal
hökmlərin
mövcud
hakimiyyətin
qurucusu
və
müdafiəçisi
olaraq
tək
həqiqət
kimi
beyinlərə
pərçimləndiyi
,
nəticə
etibarilə
ictimai
münasibətlərin
kəsifləşdiyi
,
entropiyanın
artdığı
riyakar
cəmiyyət
yığınını
məscidlə
eyniləşdirmiş
,
çıxış
yolunu
T
.
Pinçonun
hekayəsində
entropiyadan
bir
nəfərin
qapalı
otağın
pəncərəsini
vurub
sındırmaqda
gördüyü
kimi
,
riyakar
yığınının
“
küdurət
üstünə
küdurət
”
gətirdiyi
məscidlərə
girməməkdə
,
çarəsiz
qalıb
girdikdə
isə
orada
çox
qalmamaqda
görür
.
Müəzzin
naləsin
alma
qulağa
,
düşmə
təşvişə
,
Cəhənnəm
qapısın
açdırma
,
vaizdən
xəbər
sorma
.
–
deyən
Füzuli
dövrünün
xaosunu
,
entropiyasını
əks
etdirən
postmodernist
mütəfəkkiri
deyilmi
?
Postmodernizmi
zaman
qılafından
çıxarsaq
və
təbii
ki
,
o
nə
zamansa
bu
qılafdan
çıxacaq
,
onun
təfəkkür
obyektini
məhz
təsəvvüf
təlimində
saflıq
təsviyə
və
təkamül
baxımından
mərtəbələrə
bölünmüş
insan
nəfsinin
tamamilə
dünya
qayğı
və
zövqlərinə
bulaşmış
,
nəfsi
-
əmmarə
,
nəfsi
-
ləvvamə
deyilən
ən
aşağı
qatıları
ilə
müqayisə
etmək
olar
.
Görkəmli
təsəvvüf
tədqiqatçısı
,
ingilis
alimi
Trimingem
“
İslamda
Sufi
ordenləri
”
əsərində
sufizmin
qneseoloji
əsaslarına
nəzər
salarkən
müxtəlif
sufi
təriqətlərinin
baxışlarını
ümumiləşdirərək
,
nəfsin
mərtəbələrini
əlamət
və
xüsusiyyətləri
ilə
təsvir
etmişdir
.
Hər
bir
posmodern
əsəri
oxuduqda
onun
əksər
qəhrəmanlarının
məhz
nəfsin
bu
mərtəbəsindəki
ən
neqativ
xüsusiyyət
və
əlamətlərə
malik
olduğunun
,
bu
xüsusiyyətlərin
postmodernist
paradiqmada
,
dilin
postmodernist
istismarında
necə
simulyasiya
olunduğunun
,
hipertrofiyalaşdığının
, “
şəffaflaşdığı
”
nın
,
fatal
bir
ssenariyə
salındığının
şahidi
oluruq
.
Təsəvvüflə
postmodernizmin
kəsişdiyi
və
sonra
hər
birinin
zidd
istiqamətlərə
yönəldiyi
bu
mərtəbə
dünyanın
səthinin
insan
qəlbinin
səthi
ilə
kəsişdiyi
–
ictimai
həyatın
yaşandığı
Xaos
mərtəbəsidir
.
Bu
mərtəbədən
təsəvvüf
–
fərdin
əbədi
hormoniyasına
,
postmodernizm
isə
Xaosun
daha
da
güclənib
,
artıb
hansısa
bir
ictimai
fluktuasiyanın
təsiri
ilə
növbəti
müvəqqəti
ictimai
nizama
aparacaq
təsadüfi
bufurkasiya
nöqtəsinə
...
Bizi Facebookda izləyin
Müəllifin digər yazıları
Multikulturalizm-mədəniyyət fəlsəfəsinin yeni inkişaf mərhələsi kimi
05.11.14
Multikulturalizm-mədəniyyət fəlsəfəsinin yeni inkişaf mərhələsi kimi
04.11.14
Postmodernizmdə insan problemi (davamı)
12.12.13
Postmodernizmdə insan problemi
10.12.13
Təsəvvüf və postmodernist dekonstruksiya
07.11.13
Postmodernizmdə din anlayışı
24.10.13
Postmodernizm – müasir dövrün intellektual və emosional ifadəsi
28.09.13
Postmodernizm – ədəbiyyatlaşan dünya
19.09.13
Xaos və Harmoniya. Postmodernizm və təsəvvüf
28.11.12
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.