ABŞ Senatı ötən gün ölkənin müdafiə naziri postuna Eşton Karterin namizədliyini təsdiqləyib.
O, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, 60 yaşlı Karterin bu vəzifəyə namizədliyi ötən ilin sonlarında prezident Barak Obama tərəfindən irəli sürülüb. O, 2011-2013-cü illərdə Pentaqon başçısının birinci müavini postunu tutub.