Rusiyanın Rostov şəhərində həbsxanalardan birində çəkilən video hökumət rəsmilərini də hadisəyə müdaxilə etməyə məcbur edib.
525.az-ın məlumatına görə, məhkumun üç nəzarətçi tərəfindən döyülməsini əks etdirən video Rusiyada böyük etirazla qarşılanıb. Görüntülərdə əlləri arxadan bağlanan məhkum dəqiqələrcə yumruq-təpik zərbələrinə məruz qalır.