Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji təhlil" mövzusunda kurs, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək.
Tədbirlərə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də qatılacaqlar.