Bu gecə Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2 gənc bıçaqlanıb.
Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hər iki nəfər eyni ərazidə, təxminən eyni saatda bıçaqlanıb.
Belə ki, 23 yaşlı Abas Qəmbərov yaranmış mübahisə zamanı tanışı tərəfindən bıçaqlanıb. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən Abas Qəmbərovun vəziyyəti ağırdır.
Digər hadisədə isə 27 yaşlı Vüqar Məmmədov bıçaqlanıb. V.Məmmədov da ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.