“İDEX-2015” beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarını yad edib.
APA-nın Abu-Dabiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın milli stendində quraşdırılmış böyük ekranda 1992-ci ilin fevralın 26-da erməni silahlı bölmələrinin Xocalıda törətdiyi cinayəti əks etdirən məlumat yerləşdirilib. Ziyarətçilərə soyqırım barədə məlumat verilib.