Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edilib.
Fonddan APA-ya verilən məlumata görə, 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “Xocalı” abidəsinin önündən başlayan yürüş dənizkənarı milli parkda bitib.
Aksiya şamlarla işıq saçan fənərlərin səmaya buraxılması ilə yekunlaşıb.