https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
https://525.az/img/pics/medium/2024-03/307352_h968sw1thd.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/307220_ksostchfr2.jpg Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid yazır
search
18 Mart 2024

Eldar Qasımov klipini təqdim etdi

Eldar Qasımov klipini təqdim etdi

 Avropanın ən əhəmiyyətli və çox izlənilən “Eurovision” mahnı yarışmasının qalibi, eyni zamanda bu müsabiqənin aparıcısı olmuş Eldar Qasımov “I M Free” mahnısına çəkdirdiyi klipini təqdim edib. 

525.az-ın verdiyi məlumata görə, sənətçinin “Eurovision” qalibiyyətindən sonra ilk solo klipi olan “I m Free” nin çəkilişlərinə 2012- ci ilin iyun ayının sonlarından başlanılıb. Çəkilişlər Ukraynanın paytaxtı Kiyevdə aparılıb.

Bu layihə bütünlüklə Ukraynanın məşhur Euomedia Group şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. “Im Free” kompozisiyasını Eldar  Qasımov Azerilife Music Entertainment prodüser mərkəzi ilə birgə yazıb,  Mahının ərsəyə gəlməsində  dj və prodüser Aligee (Əli Abasbəyli” və Rasif Babayev də iştirak edib. 

Mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb. Eldar Qasımov yeni solo işini şərh edərkən bildirib ki: “Mən yalnız mahnı ifaçılığından kənara çıxmaq istəyirəm. Çünki adətən belə beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Həm də “Running Scared” mahnısının  yalnız bir hissəsi mənə aid idi biz bu  hiti duet şəklində ifa etmişdik. Ancaq düşündüm ki, mənim də bir solo ifaçı kimi tamaşaçıya deyiləsi sözüm var”. 

 “I mFree” özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzindən bəhs edən bir mahnıdır.  Klipin sponsorluğu ZQAN Holding tərəfindən həyata keçirilib.

GÜNEL

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.