Mədəniyyət və Turizm Nazirliyi yeni "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhərini "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax şəhərini "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib.
Bu münasibətlə martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçiriləcək.
Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.
S.ABDULLAYEVA