https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

"Bakı-2015" xalqımıza mənfəət gətirəcək"

"Bakı-2015" xalqımıza mənfəət gətirəcək"

"Avropa Olimpiya Komitəsinin (AOK) 2012-ci ilin dekabrında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istəyirəm. Bu öhdəliklərdə Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur".

525.az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, bundan əvvəl keçirilən London, Soçi və digər Olimpiya Oyunlarında da belə öhdəliklər mövcud olub: "Bu təcrübə beynəlxalq idman aləmində geniş yayılıb və hər hansı istisna halı kimi qəbul edilməməlidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək. Oyunları izləyən beynəlxalq tamaşaçı auditoriyası sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək".

Azad Rəhimov qeyd edib ki, Oyunlar üçün ayrılan və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.