ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerika Erməniləri Milli Komitəsi (ANCA) üzvləri ilə görüşüb.
APA-nın məlumatına görə, bu barədə C. Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“ANCA ilə faktları müzakirə etməkdən məmnunam. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqları davam etdiririk”, - deyə o qeyd edib.