Avropa Komissiyası Rusiyaya "Türk axını" qaz kəmərini tikdiyi halda, Yunanıstana təbii qaz nəql etmək üçün Trans-Adriatik qaz kəmərindən (TAP) istifadə edə biləcəyini təsdiqləyib.
“APA-Economics”in məlumatına görə, bunu Avropa Komissiyasının energetika məsələləri üzrə müşaviri Brendan Devlin bildirib.
Avropalı diplomat qeyd edib ki, çətin ki, Cənub Qaz Dəhlizindən başqa Cənub-Şərqi Avropada qaz kəməri peyda olacaq, çünki "bu regionun bazarları çox kiçikdir".
"Bizə o qədər də maraqlı deyil qazı göndərən Rusiyadır, Azərbaycandır, ya Liviya. Daxili bazar başqa cür çalışır. Biz bu qaydaları "Qazprom" və Rusiyaya tətbiq etdik". Əgər sizi onlar (Rusiya və ya “Qazprom”) tərəfindən TAP istifadə oluna bilərmi sualı maraqlandırırsa, cavab “Hə”dir”, - deyə o bildirib.