Bu gün mobil rabitə aləmində SMS-kimi tanınan qısa mesajın 20 illiyi tamam olur.
Düz 20 il əvvəl 1992-ci ildə 22 yaşlı Britaniyalı mühəndis Neyl Pəpvörs bəşər tarixində ilk SMS-i göndərib. Fərdi kompyuterindən dostunun Orbitel 901 markalı mobil telefonuna göndərdiyi həmin tarixi mesajda sadəcə olaraq “Milad bayramın mübarək” yazısı yazılıb.
Artıq 42 yaşında olan Pəpvörs "Skay News" kanalına verdiyi müsahibədə, o vaxtlar SMS-in bu qədər populyarlaşacağını ağlına belə gətirmədiyini etiraf edib. Statistikaya əsasən, qısa mesajın “doğulduğu yer” olan Britaniyada təkcə 2011-ci ildə 150 milyard SMS yollanıb.
Hazırda Avropada SMS yazışma adi zəngdən daha çox istifadə olunur. Ən çox “SMS-ləşən” mobil istifadəçilərin isə 12-15 yaşları arasında yeniyetmələr olduğu deyilir.
anspress