Bakının Suraxanı rayononda mənzillərin birində partlayış baş verib.
Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, evin hamamında qaz sobası partlayıb. Nəticədə hamamda olan 11 yaşlı Məlahət Nəzərova ağır xəsarət alıb. Qızın üzü tamamilə yanıb. Məlahət Nəzərova xəstəxanaya yerləşdirilib.