Bakıda qətl hadisəsi törədilib.
Bu barədə APA-ya Qaradağ Rayon prokurorluğundan bildirilib.
Hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 46 yaşlı Aydın Qəhrəmanov həmyerlisi, 68 yaşlı İsa Hüseynovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən A. Qəhrəmanov saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verən münaqişə nəticəsində törədildiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.