Gəncə şəhərində yeni beynəlxalq avtovağzal kompleksi tikilir.
Bu barədə day.Az saytına Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Üçmərtəbəli avtovağzal üçün 5 hektar torpaq sahəsi ayrılıb. Kompleksdə sərnişinlərin rahatlığı üçün iaşə obyektləri, tibb məntəqəsi, ibadət otaqları fəaliyyət göstərəcək.
Layihədə 4-mərtəbəli mehmanxananın və ticarət mərkəzinin də tikintisi nəzərdə tutulub.