|
|
|
|
Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın dahi cazmeni Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışılıb, onun Azərbaycanda caz musiqisinin inkişafındakı böyük rolu qeyd edilib.
Konsert proqramında A.Süleymanbəylinin rəhbərliyi altında məktəbin müəllim və şagirdlərinin ifalarında Vaqif Mustafazadənin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Əlibaba Məmmədovun caz üslubunda oranjiman edilmiş əsərləri, Qərb sənətkarlarının klassik və caz musiqisi səsləndirilib.