Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət obyektlərində satılan çipsilərin təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb.
Bunu çərşənbə axşamı Trend-ə Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt və Abşerondakı ticarət mərkəzlərində satılan çipsilər üzərində aparılacaq. Bu yoxlamalar bitdikdən sonran alkoqollu içkilərin təhlükəsizlik göstəriciləri yoxlanılacaq.