Bu həftə Azərbaycan neftinin 2 dollardan artıq ucuzlaşması ilə başlayıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 3,84% və ya 2,29 dollar ucuzlaşaraq 57,27 dollar olub.