https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
https://525.az/img/pics/medium/2023-05/270325_t1f5o7k6ww.jpg Dərketmənin əzabından xilas yolları - Şəfa Vəli yazır
https://525.az/img/pics/medium/2024-04/310470_wp4kosgbml.jpg Torpağı tanıyanlar və tanıdanlar... - Nadir Yalçın yazır
search
18 Aprel 2024

Rövnəq Abdullayev: "Neftçi" bir nəfərdən asılı olmayacaq"

Rövnəq Abdullayev: "Neftçi" bir nəfərdən asılı olmayacaq"

"Bu gün nəinki "Neftçi", Azərbaycan futbolunda yadda qalan gündür.  Ötən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Lakin müəyyən problemlər oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

R.Abdullayev "Azərneftyağ" bağlandıqdan sonra "Neftçi" futbol klubunun "Neftçi" İdman Klubunun tərkibinə verildiyini deyib: "Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, 36 idman növündə 5 minə yaxın idmançı var. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək.
 
Futbolun inkişafı üçün yeni struktur qurmaq qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Düşündük ki, tanınmış simalar yer alsın bu şurada. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Eləcə də Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə razılıq verdi. Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər də şurada yer alacaq.
 
Artıq klub bir nəfərdən asılı olmayacaq. Kluba bir nəfər yox, bütün bölgə cavabdeh olacaq. Məncə bu, düzgün variantdır. Ona görə də birinci "Neftçi"dən başladıq. İlk növbədə, "Neftçi"ni daxili aləmdə tanıtmalıyıq. Azarkeşsiz futbol - futbol deyil. Mən də 5 il klub prezidenti olmuşam, amma Sadıq Sadıqov kimi nəticələr göstərməmişəm".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.