Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 20-ci sahə, Arif İsmayılov küçəsi, dalan 2 ünvanındakı zibil qutularından birində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması ilə bağlı polisə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində körpənin anası Gülnarə Nəriman qızı Əzimova olduğu məlum olub və qadın saxlanılıb.
G. Əzimova ilkin ifadəsində uşağın doğuşdan sonra evdə öldüyünü bildirib və uşağın meyitini zibilliyə atdığını bildirib. G. Əzimova sərbəst buraxılıb.