Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinarlı, İcevan rayonunun Berkaber kəndlərində, Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.