Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşdırılması üçün həyata keçirilən vasitəçilik səylərinə münasibət bildirib.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, baş nazir "Bu günə qədər İsraillə bağlı bizi arayaraq bu mövzuda müzakirə aparmaq istəyənlərə verdiyimiz cavab məlumdur" deyib və Ankaranın şərtlərini təkrarlayıb: "Birinci şərt üzrdür, ikincisi təzminatdır, üçüncüsü Fələstində embarqonun ləğvidir".
Ərdoğan qeyd edib ki, bu üç şərtdən hər hansı biri olmadan normallaşma mümkün deyil: "Əgər bu üç şərtin yerinə yetiriləcəyinə təminat verən varsa, biz vasitəçiyə "hə" deyərik. Yoxsa, vasitəçinin yorulmasına ehtiyac yoxdur".