Bakıda ticarət obyektlərindən 35 min partlayıcı oyuncaq götürülüb.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ və Xəzər rayonları ərazisindəki 2 ticarət obyektində həyata keçirilən tədbirlər zamanı yüksək səsyayıcı qabiliyyətinə malik olan 35 min partlayıcı oyuncaq müsadirə olunub.