Ermənistan silahlıları cəbhənin Ağdam, Tərtər və Xocavənd istiqamətlərində atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən Ağdam rayonunun Mərzili, Şirvanlı və Cəvahirli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.