Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ovçubərə kəndi yaxınlığında yerləşən fermada, Ağalı kənd sakini 1989-cu il təvəllüdlü Qiyasov Elsevər Zakir oğlu özünü asıb. 23 yaşlı oğlanın asılı vəziyyətdə olan meyiti tövlədə aşkarlanıb.
Məlumata görə, gənc oğlan həmin fermada çoban işləyirmiş.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.