Dekabrın 6-da Bakıda külli miqdarda pul oğurlanıb.
Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yasamal ev 12, mənzil 78-də yaşayan 1965-ci il təvəllüdlü Qocayeva Flora Şəmistan qızı şikayət ərizəsi ilə müraciət edib. Qadın bildirib ki, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilin qapısını sındırıb. Mənzildəki əl çantasının içərisindən 12000 dollar və xeyli Azərbaycan manatı götürülüb.
Hazırda fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.